"Everton" "Bayern"in hücumçusunu alır

14:45 - 16 Yanvar 2021

İngiltərənin "Everton" klubu yeni transferə hazırlaşır.

 

Sportal.az "Talksport"a istinadla xəbər verir ki, Liverpul təmsilçisi Almaniyanın "Bayern" klubunun hücumçusu Coşua Zirkzeni heyətinə qatmaq üzrədir.

 

Premyer Liqa təmsilçisi 19 yaşlı futbolçunun keçidi üçün Münhen klubu ilə əl sıxışıb. "Everton" oyunçunu mövsümün sonuna qədər icarəyə götürəcək. Müqaviləyə əsasən, mersisaydlılar gənc ulduzu birdəfəlik transfer etmək hüququna da sahib olacaq.

 

Niderlandlı futbolçu 2017-ci ildə "Feyenoord"un akademiyasından "Bayern"ə keçib. O, bu mövsüm Bundesliqada keçirdiyi 3 oyunda qol sevinci yaşamayıb.

Xəbər xətti