"Rizəspor"da rumıniyalı baş məşqçi

16:01 - 19 Yanvar 2021

Türkiyənin "Rizespor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Super Liqa klubunu bundan sonra Marius Şumudiça çalışdıracaq. Rumıniyalı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb. 49 yaşlı çalışdırıcı bu vəzifədə Styepan Toması əvəzləyib.

 

Şumudiça mövsümün gedişində "Qaziantep"dən ayrılmışdı.

Xəbər xətti