Huntelar "Şalke"yə qayıtdı - rəsmi

23:23 - 19 Yanvar 2021

"Ayaks"ın hücumçusu Klaas-Yan Huntelar klubunu dəyişib.

 

Sportal.az xəbər verir ki, 37 yaşlı futbolçu Almaniya Bundesliqasında çətin günlər yaşayan "Şalke"yə keçib. Niderlandlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

 

Niderland millisinin keçmiş üzvü 2010-2017-ci illərdə "Şalke"də oynayıb. Huntelar helzenkirxenlilərdə keçirdiyi 257 matçda 158 qol vurub, 43 məhsuldar ötürmə edib. Təcrübəli oyunçu bu mövsüm meydana çıxdığı 11 oyunda 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti