Çempionlar Liqasında yeni mövsümün təqvimi

11:11 - 20 Yanvar 2021

Çempionlar Liqasında 2021/22 mövsümünün təqvimini açıqlanıb.

 

Sportal.az xəbər verir ki, qitənin bir nömrəli klub turnirində yeni mövsümə iyunun 22-də ilkin mərhələnin yarımfinal oyunları ilə start veriləcək. 3 gün sonra bu raundun final matçı baş tutacaq.

 

I təsnifat mərhələsinin görüşləri 6-7 və 13-14 iyulda, II raundun matçları 20-21 və 27-28 iyulda oynanılacaq. III təsnifat mərhələsində ilk oyunlar 3-4 avqustda, cavab qarşılaşmaları 10 avqustda keçiriləcək. Pley-off mərhələsinin görüşləri isə 17-18 və 24-25 avqustda olacaq.

 

Çempionlar Liqasında qrup mərhələsi 14-15 sentyabrda birinci turun oyunları ilə başlayacaq.

 

UEFA Çempionlar Liqası
2021/22 mövsümü

 

İlkin mərhələ
22 iyun: Yarımfinal

25 iyun: Final

 

6-7 və 13-14 iyul: I təsnifat mərhələsi

20-21 və 27-28 iyul: II təsnifat mərhələsi

3-4 və 10 avqust: III təsnifat mərhələsi

17-18 və 24-25 avqust: Pley-off mərhələsi

 

Qrup mərhələsi

14-15 sentyabr: Birinci tur

28-29 sentyabr: İkinci tur

19-20 oktyabr: Üçüncü tur

2-3 noyabr: Dördüncü tur

23-24 noyabr: Beşinci tur

7-8 dekabr: Altıncı tur

 

Pley-off

2022-ci il

15-16, 22-23 fevral və 8-9, 15-16 mart: 1/8 final mərhələsi

5-6 və 12-13 aprel: 1/4 final mərhələsi

26-27 aprel və 3-4 may: Yarımfinal mərhələsi

28 may: Final

 

Çempionlar Liqasında 2021/22 mövsümünün finalı Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda keçiriləcək.

Xəbər xətti