"Monako"dan 20 milyonluq transfer

21:56 - 22 Yanvar 2021

Fransanın "Monako" klubu yeni transferini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, knyazlıq təmsilçisi "Brügge"nin sağ cinah vingeri Krepin Diattanı transfer edib. Liqa 1 təmsilçisi bu keçid Belçika klubuna 20 milyon avro təzminat ödəyib. 21 yaşlı futbolçu ilə 4,5 illik müqavilə imzalanıb.

 

"Brügge" seneqallı oyunçunu 2018-ci ildə Norveçin "Sarpsborq" klubundan 2 milyon avroya transfer etmişdi.

Xəbər xətti