"Qalatasaray" hücumçusunu İngiltərə klubuna icarəyə verdi

14:37 - 27 Yanvar 2021

Türkiyənin "Qalatasaray" klubu hücumçusu Mbaye Dianı İngiltərənin "Vest Bromviç" klubuna icarəyə verib.

 

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi Seneqal millisinin üzvünü satın almaq şərti ilə mövsümün sonunadək icarəyə götürüb. Tərəflər bu keçidlə bağlı razılığa gəliblər.

 

İstanbul klubu 29 yaşlı forvardı 2019-cu ilin yanvarında "Kasımpaşa"dan 13 milyon avroya transfer edib. Dian ötən mövsüm icarə əsasında "Brügge"də çıxş edib. Forvard "sarı-qırmızılar"da keçirdiyi 39 oyunda 22 qol vurub, 2 məhsuldar ötürmə edib.

Xəbər xətti