Yaponiya millisinin keçmiş futbolçusu Şinji Kaqava karyerasını Yunanıstanda davam etdirəcək.
Sportal.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi PAOK-da çıxış edəcək. Saloniki təmsilçisi təcrübəli futbolçu ilə 1,5 illik müqavilə imzalayıb.
Dortmund "Borussiya"sındakı çıxışı ilə məşhurlaşan yaponiyalı futbolçu ötən ilin oktyabrında İspaniyanın "Saraqosa" klubundan ayrılmışdı.
Tarix: 27 Yanvar [15:46]
|
|
Müəllif: Sportal.az
|