"Sabah" "Səbail"ə uduzdu, "Qarabağ" xal itirdi - YENİLƏNİB

19:59 - 19 Fevral 2021

Azərbaycan Premyer Liqasında XVI tura start verilib.

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib.

 

Əvvəlcə "Səbail" doğma meydanda "Sabah"ı qəbul edib. Matç ev sahibinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Günün digər matçında "Qarabağ" "Sumqayıt"ın qonağı olub. Ötən tur "Neftçi"yə məğlub olan Ağdam klubu Sumqayıt səfərində xal itkisi ilə üzləşib - 0:0.

 

Tura sabah keçiriləcək "Keşlə" - "Zirə" və "Neftçi" - "Qəbələ" matçları ilə yekun vurulacaq.

 

“Səbail” – “Sabah” - 2:0

Qollar: Amil Yunanov, 16, 77

Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, Tural Qurbanov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

“ASCO Arena”, 16:00

 

"Səbail": 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 28. Məqsəd İsayev, 29. Amil Yunanov, 27. Hendrik Ekşteyn, 19. Luka İmnadze, 23. Milovan Petrovik, 4. Ali Sisey, 3. Turan Manafov;

 

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsahib Abbasov, 22. Əfran İsmayılov, 9. Florian Kadriu, 20. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov, 44. Şamil Cəfərov;

 

Baş məşqçi: Aftandil Hacıyev.

 

"Sabah": 12. Alvaro Villete, 14. Slavik Alxasov (k), 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 23. Amadu Diallo, 28. Kevin Kubemba, 30. Mario Marina, 48. Dmitro Klots, 2. Amin Seydiyev, 26. Fofana Tiemoko, 6. Şakir Seyidov;


Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 31. Rüstəm Samiqullin, 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 90. Ramil Şeydayev, 9. Xulio Sezar Rodriqes, 38. Arsen Ağcabəyov, 77. Veysəl Rzayev;


Baş məşqçi: Visente Qomes.

 

“Sumqayıt” –“ Qarabağ” - 0:0

Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Rahil Ramazanov, Kamal Umudlu

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Eldəniz Musayev

“Kapital Bank Arena”, 18:00

 

"Sumqayıt": 1. Mehdi Cənnətov, 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 78. Dmitro Nağıyev, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov


Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 11. Mehdi Şərifi, 30. Nəbi Məmmədov, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 65. Sənan Ağayev, 37. Nicat Əliyev


Baş məşqçi: Ayxan Abbasov

 

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 10. Abdullah Zubir, 9. Xayme Romero, 6. Patrik Andrade, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev

 

Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 19. Filip Ozobiç, 8. Uroş Matiç, 27. Toral Bayramov, 66. Cavid Bayramov, 39. Zaur Fərzəliyev, 21. Rauf Hüseynli, 99. Hüseyn Hüseynzadə, 29. Zamiq Əliyev, 83. Nihad Quliyev

 

Baş məşqçi: Qurban Qurbanov.

Xəbər xətti