“Qarabağ”ın “Sumqayıt”la 34-cü dueli

“Qarabağ” Azərbaycan Premyer Liqasının 16-cı turunda səfərdə “Sumqayıt”la qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, bu mövsüm komandalar çempionatda iki dəfə üz-üzə gəliblər.

 

Mövsümün Sumqayıtda baş tutan ilk duelində məhsuldar heç-heçə qeydə alınıb – 2:2. Ağdam klubu “Azersun Arena”da rəqibini qəbul etdiyi görüşdə isə 6:1 hesablı qələbə qazanıb.

 

Bu qarşılaşma komandaların çempionatda 34-cü oyunu olacaq. Əvvəlki oyunların 24-də Ağdam klubu, 5-də Sumqayıt təmsilçisi qələbə qazanıb. 4 görüşdə isə heç-heçə qeydə alınıb. Top-fərqində də “Qarabağ” böyük fərqlə öndədir – 73-17.

 

Fevralın 19-da “Kapital Bank Arena”da keçiriləcək matçın start fiti saat 18:00-da səslənəcək.

Tarix: 19 Fevral [13:13]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
8 Mart 2021
7  Mart 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio