Şəhriyarla Teymur ilk "10-luq"da

11:43 - 1 Mart 2021

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın 2 təmsilçisi yer alıb. Şəhriyar Məmmədyarov bir pillə irəliləyərək 8-ci yerə yüksəlib. Onun 2770 xalı var. 2 765 xalı olan Dünya Kubokunun qalibi Teymur Rəcəbov isə 10-cu yerdə qalıb.

 

Qədir Hüseynov (2665) və Nicat Abbasov (2664) bir pillə geriləyiblər. Onlar müvafiq olaraq, 72 və 75-ci yerlərdə qərarlaşıblar. Rauf Məmmədov (2654) isə 3 pillə geriləyərək 90-cı ola bilib.

 

Siyahıda ilk “üçlük” dəyişməyib. Norveçli dünya çempionu Maqnus Karlsen (2847) birinci, Fabiano Karuana (ABŞ, 2820) ikinci, Dinq Lijen (Çin, 2791) üçüncüdür.

Xəbər xətti