"Qarabağ" son 17 ilin ən yaxşısı oldu

Azərbaycan Premyer Liqasının 18 turundan sonra çempionatın ən məhsuldar komandası “Qarabağ”dır.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi 42 qol vurub. Qurban Qurbanovun yetirmələrinin orta məhsuldarlığı 2,33-ə bərabərdir. Bu, son 17 mövsümün mütləq rekordudur. 2004-cü ildən sonra heç bir komanda ilk 18 turda bu qədər qol vurmayıb. Belə məhsuldarlığa sonuncu dəfə 2003/04 mövsümündə təsadüf olunub. Həmin vaxt “Qarabağ” 18 turda 51 qol vurub.


Ümumiyyətlə isə Ağdam təmsilçisinin cari mövsümdəki göstəricisi ölkə çempionatları tarixində 15-ci nəticədir. Rekord isə 1998/99 mövsümündə qeydə alınıb. “Kəpəz” 18 oyundan sonra 63 qol vurub. İkinci nəticəyə də sahib olan gəncəlilər 1995/96 mövsümündə 60 dəfə fərqlənib.

 

Tarix: 4 Mart [11:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Aprel 2021
17  Aprel 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio