Azərbaycan kuboku: kubokun finalının vaxtı dəyişdirildi

12:54 - 4 Mart 2021

AFFA Azərbaycan milli komandasının Türkiyə milli komandası ilə 27 may 2021-ci il tarixdə nəzərdə tutulmuş yoxlama oyunu ilə əlaqədar olaraq Peşəkar Futbol Liqasına rəsmi müraciət edərək Premyer Liqanın və Azərbaycan Kubokunun təqvimində müvafiq dəyişiklik etməyi xahiş edib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının mənafeyini, bu yoldaşlıq görüşünün iki ölkə arasındakı dostluq və qardaşlıq baxımından vacib olduğunu nəzərə alaraq PFL aşağıdakı dəyişiklikləri həyata keçirir.

 

Premyer Liqa
XXVII tur
14 may

 

XXVIII tur
19 may

 

24 may
Azərbaycan Kuboku
Final

Xəbər xətti