Futzal üzrə Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində yer aldığı 3-cü qrupda daha bir oyun keçirilib.
Sportal.az xəbər verir ki, doğma meydanda Yunanıstan yığması ilə qarşılaşan Slovakiya millisi böyükhesablı qələbə qazanıb – 6:0.
Bu qələbə sayəsində slovakiyalılar qrupda ikinci pilləyə yüksəliblər.
Son olaraq Moldova yığmasına 5:1 hesabıyla qalib gələn Azərbaycan millisi bu qrupda vahid liderdir:
Azərbaycan – 9
Slovakiya – 4
Moldova – 4
Yunanıstan – 0.