"Fənərbaxça" xal itirdi - VİDEO

12:26 - 5 Mart 2021

Türkiyə Super Liqasında 27-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, "Fənərbaxça" evdə "Antalyaspor"la qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib - 1:1.

 

Super Liqada turnir cədvəlinə 57 xalla "Qalatasaray" başçılıq edir. "Beşiktaş" da 57 xal toplayıb və 2-ci sırada qərarlaşıb. "Fənərbaxça" 55 xalla 3-cü yerin sahibidir. 35 xalı olan "Antalyaspor" 10-cudur.

 

"Fənərbaxça" - "Antalyaspor" - 1:1

Qollar: Enner Valensiya, 83 - Fredi, 12

 

Xəbər xətti