AVRO-2020: daha bir ölkə azarkeş buraxılacağını açıqladı

AVRO-2020-nin Rumıniyanın paytaxtı Buxarestdəki oyunları azarkeşlərlə keçiriləcək.

 

Sportal.az xəbər verir ki, bu barədə adıçəkilən ölkənin idman naziri Eduard Novak bildirib. O, AVRO-2020-nin Buxarestdə, "Milli Arena"da keçiriləcək qarşılaşmalarına 13 min azarkeşin buraxılacağını deyib. Rumıniyada 3 qrup, 1 1/8 final matçı keçirilməlidi.

 

Bundan əvvəl İtaliya Romada keçiriləcək qarşılaşmalarına məhdud sayda azarkeşlərin buraxılacağı bildirilmişdi.

 

2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun-11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidi.

Tarix: 7 Aprel [11:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Aprel 2021
19  Aprel 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio