Sənan Qurbanov: "Onu məcbur meydana buraxdıq"

20:31 - 3 May 2021

Azərbaycan Premyer Liqasında XXV turun “Keşlə” – “Neftçi” (0:3) oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahibllərinin baş məşqçisi Sənan Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

 

Sportal.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi…

 

- Sıx qraikdə oynayırıq. Oyunçu dəyişmək şansımız da azdı. Bu da özünü meydanda gsərdi. 120 dqiqəlik kubok matçından sonra bərpa olunmağa çalışdıq. Vaxt çox az idi. Rəqibin də usta fubolçuları öz sözünü dedi. Futbolçular meydanda əziyyət çəkdi. Belə hesabla uduzmağımız bizi üzür. Oyunu təhlil edəcəyik. Müdafiə və hücumdakı səhvləri aradan qaldırmağa çalışacağıq. Qol fürsətlərimz oldu, ancaq dəyərləndirə bilmədik. Rəqib imkanlardan yararlandı, biz isə yox.

 

- İlk yarıdan sonra əvəzlənən Silvio Rodriqes birbaşa otelə yollandı...
- Futbolçular sıx qrafikdə oynayır. Oteldə bərp üçün buz vannamız var. Əvəzlənən oyunçu ora getməli idi. Bərpaya tez başlamaq üçün ora getdi. Bu, bizim tapşırığımız idi.

 

- Matçın axırında çox əsəbi idiz. Kiməsə “otur yerində, ortadan oyunçu çıxarım?” dediz. Kiminlə belə danışırdız?
- Futbolda belə şeylər olur. Köməkçilərim mənim üçün çox dəyərlidilər. Kimə dediyim yadımda deyil. Əl-ələ verib çalışırıq. Hirsli vaxtımızda da bir-birimizin yanındayıq.

 

- Anatole Abanq bir hücumçu kimi etimadınızı doğruldur?
- Hücumçu fəaliyyətini qolla tamamlamalıdı. Meydanda işlər görür, ancaq son nöqtəni qoya bilmir. Biz də onun yerinə üzülürük. Hücumçu gərək qol vursun. Bu, pozitivlik üçün vacibdi. Təəssüf ki, bu gün də fərqlənə bilmədi.

 

- Sadio Tounkara sanki meydana çıxandan dərhal sonra yoruldu...
- Sözün düzü, onun meydana çıxması planda yox idi. Sadəcə, oyun istədiyimiz kimi getmədiyi üçün belə addım atdıq. Onu məcbur meydana buraxdıq.

 

- Yarımmüdafiə xəttiniz çox passiv görünürdü. Sanki müdafiə və hücum arasında boşluq var idi...
- “Neftçi”ni təhlil etmişdik. Orta xətt oyunçularımızıa çox yük düşməli idi. Təəssüf ki, istəmədiyimiz boşluqlar buraxdıq. Buna əsəbləşmişdik. Bəzən hər şey planlaşdırdığın kimi olmur. Bu səhvlərin mənfi təsir etməməsinə çalışacağıq. Pozitivliyimizi qoruyuruq.

Xəbər xətti