"Bayer"dən "Mançester Yunayted"ə

11:34 - 26 Aprel 2024

"Bayer"in bu mövsüm aparıcı oyunçularından birinə çevrilən Ceremi Frimponq karyerasını İngiltərədə davam etdirməyə çox yaxındır.

Sportal.az "The Times"a istinadən xəbər verir ki, "Mançester Yunayted" yarımmüdafiəçini heyətinə qatmaq üçün hərəkətə keçib.

"Qırmızı şeytanlar" 23 yaşlı niderlandlı üçün qarşı tərəfə ilkin müracəti də edib.

Frimponq bu mövsüm 40 oyunda 13 qol vurub, 11 asist edib.

Onun Leverkuzen təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.

23 yaşlı futbolçu 2021-ci ildə "Seltik"dən "Bayer"ə keçib.

Xəbər xətti