Premyer Liqaya yüksələn ikinci komanda məlum oldu

20:20 - 4 May 2024

İngiltərə Premyer Liqasına yüksələn ikinci komanda məlum olub.

Sportal.az xəbər verir ki, "Lester Siti"dən sonra "İpsviç Taun" da elitaya vəsiqə qazanıb.

"Mavilər" Çempionşipin son turunda "Haddersfild Taun"u məğlub etməklə 22 il sonra Premyer Liqaya qayıdıb. "Luton Taun" 3-cü pillədə olan "Lids Yunayted"i 6 xal qabaqlayıb.

Qeyd edək ki, Premyer Liqaya son vəsiqənin sahibi "Lids Yunayted", "Sauthempton", "Vest Bromviç" və "Norviç Siti" arasında keçirilən pley-off matçlarından sonra məlum olacaq.

Xəbər xətti