BATE və Belarus milli komandasının sabiq yarımmüdafiəçisi Stanislav Draqun Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirdikləri oyunları (1:0, 1:1) xatırlayaraq, Ağdam təmsilçisinin hazırkı performansını xüsusi qeyd edib.
Sportal.az xəbər verir ki, “Smartpress.by” portalına danışan belaruslu Azərbaycan çempionu haqda bunları söyləyib:
"Niyə belə oldu ki, 12 il əvvəl biz gürcüləri məğlub etdik, indi isə onlar AVRO-ya vəsiqə qazandılar? Sual dərin təhlil tələb edir. Mən daha bir müşahidəni klub futbolundan əlavə edə bilərəm. 2018-ci ildə BATE Çempionlar Liqasında "Qarabağ"ı məğlub edərək növbəti mərhələyə keçmişdi. Bu, çox yaxınlarda idi. İndi eyni heyətlə “Qarabağ” avrokuboklarda uğurla çıxış edir, bəs BATE haradadır? Yerlə-göy qədər fərq var! Bəziləri inkişaf edir, bəziləri isə pisləşir".
Belarus millisinin sabiq üzvü “Dinamo”(Minsk), “Krılya Sovetov”, “Orenburq” klublarında oynayıb. O, artıq karyerasını başa vurub.
saytlarin hazirlanmasi