"Oradakı insanları, ab-havanı sevdiyim üçün təklifi qəbul etdim" - Ayşən Abduləzimova

22:32 - 10 İyul 2021

Qadın voleybolçulardan ibarət milli komandamız Avropa çempionatına hazırlıqlarını davam etdirir.

 

Yığmanın üzvü Ayşən Abduləzimova hazırlıq prosesi ilə bağlı Sportal.az saytına açıqlama verib. 28 yaşlı idmançı təlim-məşq toplanışını dəyərləndirib:

 

"Bildiyiniz kimi milli komanda artıq hazırlıqlara başlayıb. Öncə Bakıda təlim-məşq toplanışı keçdik. Sonra isə iki həftə Mingəçevirdə davam etdik. Bakıya dönəndən sonra bizi bir neçə yoxlama oyunu gözləyir.

 

Bizim bir məqsədimiz var, yaxşı çıxış etmək. Qrupdakı rəqiblərimiz çox güclü komandalardı. Buna baxmayaraq əlimizdən gələni edəcəyik".

 

Bir neçə gün öncə Macarıstanın "Vaşaş" klubuna transfer olan Ayşən Abduləzimova bu keçid haqda da danışıb:

 

"Macarıstandan təklif gəldi və qəbul etdim. Oradakı insanları, ab-havanı sevdiyim üçün təklifi qəbul etdim".

Xəbər xətti