"Atromitos"dan ayrılan futbolçu Premyer Liqamızda oynayacaq? - FOTO

11:35 - 28 İyul 2021

Tez-tez Azərbaycan milli komandasına dəvət olunacağı gündəmə gələn Əmir Ağayev "Atromitos"dan ayrılıb. Sportal.az saytının məlumatına görə, 29 yaşlı yarımmüdafiəçinin karyerasını ölkəmizdə davam etdirmək şansı yaranıb.

 

Ötən mövsümü Yunanıstanda keçirmiş Ağayevə ölkə çempionatımızda mübarizə aparan iddialı klublardan da təkliflər var. 

 

Lakin “Sumqayıt”ı sabiq futbolçusunun yenidən Premyer Liqamızda oynayıb-oynamayacağı konkretləşməyib. 29 yaşlı futbolçu “Bney Yehuda”, “Omoniya”(Kipr), “Beytar”, “Hapoel Tel-Əviv” klublarında oynayıb. 

Xəbər xətti