Pedro Martinş: "Neftçi" hər iki oyunda bizə çətin anlar yaşatdı"

23:56 - 28 İyul 2021

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin "Neftçi" - "Olimpiakos" matçından sonra qonaqların baş məşqçisi Pedro Martinş fikirlərini mətbuata çatdırıb.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

 

- Çətinliyə baxmayaraq növbəti mərhələyə yüksələ bildiniz. Matç barədə hansı fikirdəsiniz?
- Uşaqlar əlindən gələni etdilər. Halbuki təcrübəsi az olan oyunçularımız çox idi. Hamı yaxşı oynadı və təcrübə qazandı. Üç ildir ki, bir yerdəyik və çətin durumlardan da birlikdə çıxırıq. Bu dəfə də çətin vəziyyətdən layiqli çıxdıq. Halbuki kadr problemlərimiz var idi.

 

- Komanda yeni mövsümün hazırlığını keçir. Yekunu necə dəyərləndirirsiniz?
- Təcrübəli komandaya qarşı oynadıq. “Neftçi”nin yaxşı futbolçuları, yaxşı baş məşqçisi var. Bu bizim üçün əla təcrübə və yaxşı hazırlıq oldu. Çətinliyə baxmayaraq, layiqli oynadıq. Halbuki dediyim kimi Bakıya itkilərlə gəlmişdik.

 

- “Neftçi” sizi nə ilə təəccübləndirdi və hansı futbolçunu bəyəndiniz?
- “Neftçi” çox keyfiyyətli komandadı. Emin Mahmudovu və Yusuf Lavalı qeyd etmək istəyərdim. Onlar bizə çətinlik yaratdı. Ümumilikdə, hər iki matçda “Neftçi” bizə çətin anlar yaşatdı. Harramiz Soareş və Mamadu Kane də yaxşı oyunçulardı.

Xəbər xətti