Emin Mahmudov: "Əfsuslar olsun ki, sizi sevindirə bilmədik"

11:28 - 29 İyul 2021

"Neftçi" Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Yunanıstanın "Olimpiakos" klubuna hər iki oyunda məğlub olaraq mübarizəni dayandırıb.

 

Sportal.az xəbər verir ki, "Bakcell Arena"da keçirilən matçdan sonra "ağ-qaralar"ın kapitanı Emin Mahmudov sosial şəbəkə hesabında paylaşıb edib. 29 yaşlı yarımmüdafiəçi azarkeşlərə təşəkkürünü bildirib:

 

"Dəstəyinizə görə təşəkkür edirəm. Əfsuslar olsunki, sizi sevindirə bilmədik"

 

Qeyd edək ki, Çempionlar Liqası ilə vidalaşan "Neftçi" mübarizəni UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsində davam etdirəcək. Bakı təmsilçisi bu mərhələdə  Finlandiyanın HİK klubu ilə üz-üzə gələcək.

Xəbər xətti