"Qarabağ" "Aşdod"la oyuna 4 itki ilə çıxacaq

12:15 - 29 İyul 2021

"Qarabağ" Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə "Aşdod"la qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi İsraildəki qarşılaşmaya 4 vacib itki ilə çıxacaq. 

 

"Köhlən atlar"ın müdafiəçiləri Maksim Medvedev qırmızı vərəqə cazasına görə komandasına kömək edə bilməyəcək. Bədavi Hüseynov, Rahil Məmmədov və Elvin Cəfərquliyev isə zədəlidir.

 

Qeyd edək ki, "Aşdod" - "Qarabağ" matçı Bakı vaxtilə saat 21:00-da start götürəcək.

Xəbər xətti