UEFA reytinqində Azərbaycanın xalı artdı

09:52 - 4 Avqust 2021

Avrokuboklarda 3-cü təsnifat mərhələsinin ilk 10 oyunundan sonra UEFA reytinqi açıqlanıb.


Sportal.az xəbər verir ki, "Neftçi"nin Avropa Liqasının 3-cü təsnifat mərhələsində evdə HİK-lə heç-heçə etməsi (2:2) Azərbaycanın mövqeyinə təsir etməyib.

 

Ancaq ölkəmiz xal ehtiyatını 0,125 xal artırıb. Azərbaycan 13,750 xalla 29-cu sıradakı mövqeyini qoruyub.


​28-ci pillədə olan Sloveniyanın 14,125 xalı var.

Xəbər xətti