"Sabah" yeni transferini açıqladı

17:12 - 4 Avqust 2021

Növbəti mövsümə hazırlıqları davam etdirən “Sabah” heyətini daha bir futbolçu ilə gücləndirib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, gürcüstanlı hücumçu Mixeil Erqemlidze paytaxt təmsilçisinin uğurları üçün çalışacaq. 22 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.

 

“Dinamo”nun (Tbilisi, Gürcüstan) yetirməsi olan Erqemlidze karyerası ərzində bu klubun əsas komandası ilə yanaşı, Gürcüstanın “Çixura”, “Qaqra” və Türkiyənin “Adana Demirspor” klublarında çıxış edib.

Xəbər xətti