Əfsanəvi futbolçu vəfat etdi

15:53 - 15 Avqust 2021

Almaniya futbolunun əfsanələrindən olan Gerd Müller vəfat edib.

 

Sportal.az xəbər verir ki, dünya futbolunun ən yaxşı hücumçularından hesab olunan Müller 75 yaşında dünyasını dəyişib. Bu barədə "Bavariya" klubu açıqlama yayıb.

 

Qeyd edək ki, Gerd Müller "Bavariya"nın heyətində meydana çıxdığı 453 oyunda 398 qol vurub. O, Almaniya millisinin forması ilə də 62 oyunda 68 qol vurmağı bacarıb. Əfsanəvi futbolçu Avropa, dünya çempionluğu və Qızıl top"u da qazanıb.

Xəbər xətti