"Barselona"nın aparıcı üzvü zədələndi

12:50 - 15 Sentyabr 2021

“Barselona”nın müdafiəçisi Jordi Alba Çempionlar Liqasının 1-ci turu çərçivəsində “Bavariya”ya qarşı keçirilən görüşdə zədələnib.

Sportal.az xəbər verir ki, start heyətində meydana çıxan 32 yaşlı futbolçu 74-cü dəqiqədə Alexandro Balde ilə əvəzlənib.

​Sağ ayağında narahatlıq hiss edən Alba bu gün həkim müayinəsindən keçəcək və onun hansı müddətdə sıradan çıxdığı dəqiqləşəcək. 

Xəbər xətti