Paytaxt klubunun braziliyalısı: "Neftçi" yüksək səviyyəli olsa da, qalib gəlməliyik"

14:55 - 15 Sentyabr 2021

"Son matçda da uduzduq. Amma biz indi bu vəziyyətdən çıxmaq üçün çalışırıq. Ən qısa zamanda özünəinam qazanmaq lazımdı. Ona görə də çalışmalarımız davam edir".

Bu sözləri Sportal.az saytına açıqlamasında “Keşlə”nin legioneri Felipe Santos deyib.

Paytaxt klubunun aparıcı futbolçusu olan Felipe komandasının ölkə çempionatındakı uğursuzluğunu inamsızlıqla əlaqələndirib. Premyer Liqanın 4-cü turu çərçivəsində “Neftçi” ilə qarşılaşacaq “Keşlə” bu oyunda qələbə üçün oynayacaq.

Braziliyalı legioner "Neftçi" matçının çətinliyindən söz açıb:

"Qarşıda bizi “Neftçi”yə qarşı oyun gözləyir. Həftəiçi bu oyuna hazırlaşacağıq. Oyunun vacibliyini yaxşı başa düşürük. “Neftçi” yüksək səviyyəli rəqib olsa da, bu oyunda qalib gəlməliyik".

Xəbər xətti