Fransa polisi "Qalatasaray"ın matçını yüksək riskli oyunlar kateqoriyasına daxil etdi

17:15 - 29 Sentyabr 2021

"Qalatasaray" Avropa Liqası qrup mərhələsinin 2-ci turunda səfərdə "Marsel"in qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, Fransa hüquq-mühafizə orqanları bu qarşılaşmanı xüsusi riskli oyunlar kateqoriyasına daxil edib. Yerli qurumlar iki komandanın azarkeşləri arasında baş verə biləcək qarşıdurmadan narahatdır. Bununla əlaqədar matç öncəsi təhlükəsizlik tədbirləri gücləndirilib.

 

"Marsel" klubunun rəsmisi Cekes Kardoze vəziyyətlə bağlı açıqlama verib. O, polisin əlavə təhlükəsizlik tədbirləri görəcəyini bildirib:

 

"Yüksək riskli oyunlar kateqoriyasında olan "Marsel" - "Qalatasaray" matçı öncəsi polis əlavə təhlükəsizlik tədbirləri görəcək. İki komandanın azarkeşləri qarşılaşmadan əvvəl şəhərdə üz-üzə gətirilməyəcək".

 

Xatırladaq ki, son vaxtlar Fransada oyunlar zamanı azarkeşlər arasında insidentlər yaşanır.

 

Qeyd edək ki, "Marsel" - "Qalatasaray" görüşü sabah Bakı vaxtilə saat 23:00-da baş tutacaq.

Xəbər xətti