“Futbolçuların Azərbaycanla matça yanaşması möhtəşəm idi”

Xorvatiyanın U-21 milli komandasının baş məşqçisi İqor Bişçan AÇ-2023-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportal.az xəbər verir ki, o, 5:1 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

 

“Komandamdan və bu oyundan məmnun qaldım. Hesab oyunun asan olduğu kimi görünə bilər, amma elə deyil. Mən bilirəm ki, bura gələn başqa komandalar üçün heç də asan olmayıb. Bütün oyunçularımdan razıyam, bu oyunu ciddi qəbul etdilər. Çox həvəsli idilər və onların oyuna yanaşması möhtəşəm idi. Biz seçmələrdə uğurlu çıxışımızı davam etdiririk”.

Tarix: 13 Oktyabr [01:01]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 Oktyabr 2021
27  Oktyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio