600-cü oyunda qələbə

“Keşlə” Azərbaycan çempionatlarında 600-cü oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, yubiley Premyer Liqanın VII turuna təsadüf edib. Sənan Qurbanovun yetirmələri səfərdə “Səbail”ə 2:1 hesabı ilə qalib gəlib.

 

Əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış etmiş Bakı klubu ölkə çempionatında 1999/2000 mövsümündən mübarizə aparır. Paytaxt təmsilçisi bu müddətdə 277 qələbə qazanıb, 156 heç-heçə edib və 167 dəfə uduzub.

 

Qeyd edək ki, “Keşlə” çempionatdakı oyun sayında 3-cü komandadır. Yalnız “Qarabağ”la “Neftçi” daha çox (hər ikisi 832) matça çıxıb.

Tarix: 18 Oktyabr [11:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
5  Dekabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio