Vüsal İsgəndərlinin yeni baş məşqçisi müəyyənləşdi

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi Türkiyənin "Ankara Keçiörengücü" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, I Liqa təmsilçisi Taner Taşkınla razılıq əldə edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 48 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb.

 

Taşkın bu postda istefaya göndərilən İlker Püreni əvəz edib.

 

Qeyd edək ki, 8 turdan sonra 4 xal toplayan "Ankara Keçiörengücü" turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Tarix: 20 Oktyabr [17:27]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
29 Yanvar 2022
28  Yanvar 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio