"Golden Boy" mükafatının sahibi bəlli oldu

15:37 - 22 Noyabr 2021

"Golden Boy" mükafatının sahibinin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, 2003-cü ildə İtaliyanın “Tuttosport” nəşri tərəfindən təsis olunan fərdi mükafatın bu ilki qalibi "Barselona" və İspaniya milli komandasının yarımmüdafiəçisi Pedri olub.

 

Ötən il bu mükafata Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haland layiq görülüb.

 

Qeyd edək ki, "Golden Boy" mükafatı 21 yaşı tamam olmayan futbolçular arasında ən yaxşı seçilənə verilir.

Xəbər xətti