Messi: "Hər zaman "Barselona"ya geri qayıdacağımı demişəm"

PSJ-nin hücumçusu Lionel Messi sabiq komandası "Barselona" haqda danışıb.

 

Sportal.az xəbər verir ki, argentinalı ulduz bir gün Kataloniya təmsilçisinə geri qayıdacağını deyib: "Hazırda "Barselona"da oynamasam da, hələ də bu klubun azarkeşiyəm. Hər zaman "Barselona"ya geri qayıdacağımı demişəm. Ora mənim evimdi. Əgər kluba kömək edə biləcəyəmsə, geri qayıtmaq istəyərəm". 

 

Messi Dani Alveşin "Barselona"ya transferi haqda danışarkən 38 yaşlı müdafiəçinin komandaya qayıdışına təəccübləndiyini qeyd edib: "Dani Alveşin "Barselona"ya gəlişi məni bir az təəcüübləndirdi. Məncə yaxşı transfer olacaq. Xavi kimi oda gənc oyunçular üçün önəmli biridi".

Tarix: 23 Noyabr [14:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Yanvar 2022
24  Yanvar 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio