"Zaqatala" lideri məğlub etdi - VİDEO

17:50 - 25 Noyabr 2021

Futbol üzrə Azərbaycan I Divizionunda IX tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, "Zaqatala" doğma meydanda lider "Qaradağ Lökbatan"ı qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb.

 

Məğlubiyyətə baxmayaraq 19 xalı olan "Qaradağ Lökbatan" liderliyini qoruyub. Xallarını 13-ə yüksəldən "Zaqatala" isə 7-ci pillədədi.

 

"Zaqatala" - "Qaradağ Lökbatan" 2:1

Qollar: Roini İsmayılov, 72. Əsədulla Heydərov, 90+1 – Sabir Allahquliyev, 70.

 

Xəbər xətti