"Legiya" azarkeşləri polisləri döydülər

12:40 - 27 Noyabr 2021

“Legiya” azarkeşləri UEFA Avropa Liqasının qrup mərhələsinin “Lester”lə İngiltərədəki oyunu zamanı 12 polisi döyüblər.

 

Sportal.az xəbər verir ki, Polşa klubunun fanatları yerli “Lester” azarkeşlərinin olduğu tribunaya girərək, onlarla dalaşmaq istəyiblər. Ancaq polislər onların qarşısını kəsib.

 

Baş vermiş toqquşmada “Legiya”nın 7 fanatı saxlanılıb.

 

Qeyd edək ki, “Lester” “Legiya”nı 3:1 hesabı ilə məğlub edib. Polşa klubunda Azərbaycan millisinin hücumçusu Mahir Emreli forma geyinir.

Xəbər xətti