Ölkəmizdə 5 il oynamış serb həmyerlisi haqda: "Obradoviçin məşqçi kimi təcrübəsi yoxdu, həmin posta təcrübəli məşqçini təyin etmək lazımdı"

16:12 - 29 Noyabr 2021

“Azərbaycan Premyer Liqasını daim izləyirəm. Çünki çempionatda mənə dost olan, əvvəllər birlikdə oynadığım futbolçular indi məşqçi kimi çalışır. “Qarabağ” hamıdan güclüdü, keyfiyyətli futbol nümayiş etdirirlər, həmişə avrokuboklarda qrup mərhələsində çıxış edirlər. “Neftçi” və digərləri isə onların arxasınca gedir. Qurban Qurbanov yaxşı işləyir və komandalara rahatlaşmaq imkanı vermir”.

Bu sözləri Sportal.az saytına açıqlamasında Milan Zaqoraç deyib.

2005-2010-cu ildə Azərbaycanda “İnter”(hazırki “Keşlə”) forması geyinmiş serbiyalı hazırda məşqçi kimi fəaliyyət göstəriri. “Keşlə”nin adı “İnter” adlandığı vaxtlarda bu komanda üçün mübarizə aparan Zaqoraç növbədi dəfə klubun adının dəyişilməsinə münasibət bildirib:

“Bəli, eşitmişəm ki, klubun adı yenə dəyişir. Mən orada oynadığım vaxtda “İnter” ölkənin ən təşkilatlanmış klublarından biri idi. Daim yüksək yerlər uğrunda oynayırdıq. Amma indi həminki klub yoxdu. AFFA-nın nəyə görə belə etdiyini bilmirəm”.

O, U-21 yığmamızın baş məşqçisi, həmyerlisi Milan Obradoviç barədə də fikirlərini bildirib: “Obradoviç haqda heç nə deyə bilmərəm. Təbii ki, onun məşqçi kimi təcrübəsi yoxdu.Fikrimcə, bu postu təcrübəsi olan məşqçini təyin etmək lazımdı.  İnkişaf etmək lazımdı, yerində saymaq olmaz. Hər halda bu məsələ haqda sualları AFFA-ya vermək lazımdı.

U-13 yığmasından U-21 yığmasına kimi hamı eyni sistemdə olmalıdı. Ki, gənclərdə də nəticə olsun. Bir insan çox şeyi dəyişə bilməz”.

​“Azərbaycanda 5 il oynamışam və yerli pasporta sahib çıxmaq üçün 2 dəfə kağıza qol çəkmişəm. Amma bu baş tutmamışdı. Təbii ki, Azərbaycan millisində oynamaq istəyim var idi. Çünki Azərbaycan mənim üçün 2-ci vətənim idi. Təəssüf ki, alınmamışdı” - deyə, Milan Zaqoraç fikirlərini yekunlaşdırıb.

Xəbər xətti