"Qalatasaray"ın müdafiəçisi üçün il başa çatdı

12:38 - 1 Dekabr 2021

"Qalatasaray"ın zədəli futbolçusu Saşa Boyun yaşıl meydanlara qayıdışı yubanır.

 

Sportal.az xəbər verir ki, müalicəsini ölkəsində davam etdirən fransalı sağ cinah müdafiəçisinin ilin sonunadək oynayacağı gözlənilmir. 21 yaşlı oyunçu mövsümün ikinci yarısında komandaya qoşulacaq.

 

Qeyd edək ki, Saşa Boy Avropa Liqası qrup mərhələsinin 2-ci turunun sentyabrın 30-da baş tutmuş "Marsel"lə oyununda (0:0) zədələnib.

Xəbər xətti