Ronaldo bunu da bacardı

İngiltərə Premyer Liqasının XIV turunda "Arsenal"la oyun "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo üçün əlamətdar olub.

Sportal.az xəbər verir ki, görüşdə dubl edən 36 yaşlı hücumçu karyerasında 800 və 801-ci qollarına imza atıb. Daha əvvəl heç kim belə nəticə əldə etməyib.

Ronaldo “Mançester Yunayted”də 129 (307 oyun), "Real"da 450 (438 oyun), "Yuventus"da 101 (134 oyun) və “Sportinq”də 5 qol (31 oyun) vurub. O, millidə keçirdiyi 184 matçda 115 dəfə fərqlənib.

Ötən gün "Mançester Yunayted" 3:2 hesablı qələbə qazanıb.

Tarix: 3 Dekabr [10:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Yanvar 2022
17  Yanvar 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio