Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt"ın yoxlama görüşü keçirəcəyi rəqiblərindən biri məlum olub.
Sportal.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi "Yagelloniya" ilə oynayacaq.
Lakin görüşün keçirilmə tarixi daha dəqiq deyil.
Yanvarın 12-dən Antalyada hazırlıq keçən “Sumqayıt”ın 3 yoxlama oyunu keçirməsi planlaşdırılır.