İspaniya millisinin üzvü "Tottenhem"ə keçir

13:47 - 14 Yanvar 2022

İspaniya millisinin və “Vulverhempton”un vingeri Adama Traore komandasını dəyişəcək.

Sportal.az xəbər verir ki, “Tottenhem” Traoreni icarəyə götürmək istəyir. Mövsüm sonunda isə London təmsilçisi yarımmüdafiəçinin transfer hüququna sahib olacaq.

“Tottenhem” rəhbərliyi 25 yaşlı futbolçuya 4 illik müqavilə təklif edib. 

“Barselona” yetirməsi olan futbolçu “Aston Villa”, “Mildsboro” klublarında oynayıb.

 

Xəbər xətti