"Ayaks"ın braziliyalısı "Şaxtyor"a keçdi

17:04 - 14 Yanvar 2022

"Ayaks"ın futbolçusu David Neres karyerasını Ukraynada davam etdirəcək. 

 

Sportal.az xəbər verir ki, 24 yaşlı hücumçu "Şaxtyor"a keçib. Bu barədə Amsterdam təmsilçisinin rəsmi saytı məlumat yayıb. "Ayaks" bu transferdən 12 milyon avro əldə edib.

 

Qeyd edək ki, Neres 2017-ci ildən "Ayaks"da oynayır. Braziliyalı futbolçu cari mövsümdə Niderland klubunun heyətində meydana çıxdığı 22 matçda 4 qol və 2 asistlə yadda qalıb.

Xəbər xətti