"Neftçi" Macarıstan klubu ilə sülh bağladı

Antalyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün yoxlama oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, “ağ-qaralar” Macarıstanın “Kişvarda” komandası ilə qarşılaşıb. Matç 2:2 hesablı bərabərliklə başa çatıb. Paytaxt klubunun heyətində Emin Mahmudov və Ramin Nəsirli fərqlənib.

 

“Neftçi” Türkiyədə daha iki yoxlama görüşü keçirməyi planlaşdırır. “Ağ-qaralar”ın ikinci rəqibi yanvarın 19-da Polşanın “Visla” (Plotsk) klubu olacaq. Digər rəqib isə hələ məlum deyil.

Tarix: 14 Yanvar [19:06]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17  Yanvar 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio