Azərbaycan birinciliyi başa çatdı

13:42 - 17 Yanvar 2022

Yanvarın 14-16-da Bakıda cüdo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilib.

 

Sportal.az xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarış Azərbaycan Cüdo Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Qeyd olunan yarışda ölkənin müxtəlif rayon və şəhərlərindən olan klublar, cəmiyyətlər və idman təşkilatlarından 514 (439 oğlan, 75 qız) idmançı mübarizə aparıblar.

 

3 gün davam edən ölkə birinciliyində qızlar -36, -40, - 44,-48, -52, - 57, -63,-70, +70 kq, oğlanlar isə -46, -50, -55, -60, -66, -73, -81, - 90, +90 kq çəki dərəcələrində güclərini sınayıblar.

 

Ümumi komanda hesabında 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi (Bakı şəhəri) birinci yer, Neftçi klubu ikinci yer, 1 nömrəli Təhsil Respublika İdman Mərkəzi Sumqayıt üçüncü yer tutub.

Xəbər xətti