Azərbaycan millisinin forvardı UEFA-nın ulduzları sırasında

19:43 - 17 Yanvar 2022

UEFA-nın rəsmi saytı bu ay Niderlandda keçiriləcək futzal üzrə Avropa çempionatının əsas ulduzları haqda yazı dərc edib.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu da bu siyahıya daxil edilib.

UEFA turnirin favoritlərindən Portuqaliya və İspaniya oyunçuları barədə qeydlər aparır. 

Daha sonra isə Avropa çempionatının potensial ulduzları sıralanan beş oyunçunun adı qeyd olunub ki, onların arasında Azərbaycan millisinin hücumçusu Tiaqo Bolinyanın da adı var.

Xəbər xətti