"Neftçi" Türkiyədə qələbə qazandı

18:26 - 24 Yanvar 2022

Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" sonuncu yoxlama matçını keçirib. 

Sportal.az xəbər verir ki, Bakı klubu Polşanın yüksək liqası təmsilçisi "Qurnik"lə qarşılaşıb.

Matç Samir Abasovun rəhbərlik etdiyi kollektivin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu  53-cü dəqiqədə Emin Mahmudov vurub.

"Neftçi" Türkiyədə "Kişvarda" (2:2) və "Visla" (Plotsk) (1:1) klubları ilə qarşılaşıb.

Xəbər xətti