Kipr klubu "Qarabağ"ın futbolçusunu istəyir

20:26 - 24 Yanvar 2022

“Qarabağ”ın aparıcı futbolçusu Kadi Borges bir çox klubun maraq dairəsinə düşüb.

Sportal.az saytına daxil olan məlumata görə, braziliyalı futbolçunun xidmətində maraqlı olan klublardan biri də “Apollon”du. 

Kipr çempionatında çempionluq üçün mübarizə aparan Limassol təmsilçisi yayda Borgesi transfer etmək üçün “Qarabağ”a rəsmi təklif göndərəcək.

25 yaşlı futbolçu “Koritiba”, “Londrina”, “Eştoril” və “Vilafrankese”də oynadıqdan sonra yayda “Qarabağ”a keçmişdi.

Borgesi transfer etmək istəyən "Apollon" hazırda Kipr çempionatında liderdi.

Xəbər xətti