Azərbaycan - Estoniya matçı Sumqayıtda

10:59 - 25 Yanvar 2022

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının Estoniya yığmasına qarşı keçirəcəyi oyunun stadionu müəyyənləşib.

Sportal.az xəbər verir ki, Azərbaycan - Estoniya qarşılaşması martın 25-də Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək. Oyunun başlama saatı hələlik məlum deyil.

Xəbər xətti