"Elə hekayələr və anlar var ki, heç bir uğursuzluq onları silə bilməz" - Nanidən Ronaldoya dəstək mesajı

00:43 - 9 İyul 2026

Nani Portuqaliya millisinin DÇ-2026-dan kənarda qalmasından sonra Kriştiano Ronaldoa dəstək mesajı ünvanlayıb.

Sportal.az xəbər verir ki, Nani paylaşımında Ronaldunun həm milli komandadakı, həm də ümumilikdə futboldakı irsinin hər şeyi dediyini vurğulayıb:

“Milli komandadakı və futboldakı irsin özü hər şeyi deyir. Elə hekayələr və anlar var ki, heç bir nəticə onları silə bilməz. Kriştiano, səninlə birlikdə bu anların bir qismini yaşamaq mənə nəsib olub və mən bu forma üçün nələr verdiyini dəqiq bilirəm.

Bu gün Portuqaliyanı təmsil edən hər kəs üçün bu formanın nə demək olduğunu da bilirəm. Bu komanda hörmətə, dəstəyə və etimada layiqdir. Sənə və bütün bu komandaya güc arzulayıram”, – deyə Nani yazıb.

Xəbər xətti